İdman 19:41 31.05.2022

Elmar Məmmədyarov İcraiyyə Komitəsinin iclasında (FOTOLAR)

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclasa komitənin üzvü, sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov da qatılıb.

Qeyd edək ki, Elmar Məmmədyarov 2 aprel 2004-cü ildə Xarici İşlər naziri təyin edilib. 16 iyul 2020-ci ildə Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub. 

Onu da qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iclasında bir sıra qərarlar qəbul edilib.

Aydın