Ölkə 11:11 13.03.2023

Emin Əmrullayev: "Ali məktəblərə qəbul sistemində problem var"

Ali təhsil müəssisələrə qəbul sistemində problem var.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, bunlardan əsası ixtisas seçimidir:

"Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur".