Siyasət 11:43 01.03.2023

Ərdəbildə piyada keçidinə milli şüarlar asıldı: "Azadlıq, Ədalət, Milli Hökumət!"

Ərdəbilin mərkəzində molla rejiminə qarşı şüar yazılmış poster asılıb: "Azadlıq, Ədalət, Milli Hökumət!"

Qaynarinfo xəbər verir ki, bu barədə "Azad İran” "Facebook" səhifəsi məlumat yayıb.

Bildirilir ki, Ərdəbilin mərkəzi küçələrindən birində yerləşən yerüstü piyada keçidindən milli şüarlar yazılmış plakat asılıb.

Plakatda "Müstəqillik qeyri-fars millətlərin yeganə qurtuluş yoludur. Ədalət, Azadlıq, Milli hökumət" yazılıb.

Alpər