Video 12:13 17.07.2023

Ermənilər Kəmaləddin Heydərovun mahnısını oğurladı - Nazirdən açıqlama (VİDEO)

Ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın "Səndən nigaranam" mahnısı oğurlayıblar. Tiqran Asatryan adlı ifaçı mahnını oxuyaraq "Andzrev" adı ilə "YouTube" kanalında yerləşdirib. O, müəllifin adını isə qeyd etməyib. 

Məsələ ilə bağlı mahnının müəllifi, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov manset.az-a açıqlama verib. O, açıqlamasında fikirlərini belə ifadə edib:

"Onlar tək mahnı oğurlayırlar? Hər şeyi oğurlayırlar. Bu məsələ ilə bağlı heç bir hüquqi addım atmayacam. Onlar kimdir ki, biz onlara baş qoşaq”.

Qeyd edək ki, bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnını Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva, Xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova və başqaları oxuyub. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim edib.