Rusiya-Ermənistan münasibətlərində soyuqluğu hiss edən şərqşünas alim, son vaxtlara qədər erməniləri müdafiə edən Yevgeni Satanovski dərhal cildini dəyişib və Ermənistanın üstünə şığıyıb.
Qaynarinfo bu barədə Caliber-ə istinadla
xəbər verir.
"Ermənistanın problemi heç də Rusiyanın Qarabağı tanımaması deyil. Necə? Ermənistanın bir hissəsi kimi? Qafqazda ikinci müstəqil Ermənistan dövləti kimi? Ya Rusiyanın bir hissəsi kimi?! Deməli, bunu nə Qarabağda, nə də Ermənistanda heç kim istəməyib.
Və ümumiyyətlə, Ermənistan Baltik üçlüyü, Gürcüstan və Ukrayna ilə birlikdə Sovet İttifaqının dağılmasının təhrikçilərindən biri olub - bunu heç kim xatırlamaq istəmir? Eləcə də Sumqayıt hadisələrinin daha çox azərbaycanlı qaçqınlar tərəfindən təhrik edilməsi faktı. Onlar haradan gəlmişdi, hə? Ermənilər bunu daşnaklardan və onlara yaxın olan bütün digər siyasi və terror strukturlarının silahlılarından soruşsunlar. Eləcə də Xocalıda dinc əhalinin başına gətirilənləri də soruşsunlar”, - Satanovski qeyd edib.
Alpər
Şərhlər