Dünya 18:05 01.07.2022

Ermənistan Ali Məhkəməsi sədrini icra edən şəxs istefa verdi

Ermənistanın Ali Məhkəmə Şurasının üzvü, Ali Məhkəmə Şurası sədrinin səlahiyyətlərini icra edən Qaqik Cangiryan vəzifəsindən istefa verib.

"Report” xəbər verir ki, məlumatı qurumun saytı yayıb.

Bildirilib ki, Qaqik Cangiryan səhətti ilə əlaqədər bu addımı atıb.

Qeyd edək ki, son zamanlar onun adı şuranın sədri Ruben Vardazaryanla qalmaqallı audio yazıda hallanırdı. Həmin söhbətdə Cahangiryan Vardazaryanı vəzifəsindən "öz xoşuna, könüllü” istefa verməsi üçün dilə tutur. O, sədrə istefa verəcəyi halda barəsində cinayət işinin başlamayacağı təminatını verib. Danışıqda çoxsaylı ədəbsiz ifadələr işlədilib.