Dünya 23:25 20.03.2023

Ermənistan parlamentinin sədri xəstəxanaya yerləşdirildi

Ermənistan parlamentinin sədri Alen Simonyan yıxılaraq dirsəyini zədələyib.

"Report” Ermənistan KİV-ə istinadə xəbər verir ki, bunu ölkə parlamentinin mətbuat katibi Sovinar Xaçatryan feysbukda açıqlayıb.

Onun sözlərinə görə, parlament sədri xəstəxanaya yerləşdirilib:

"O, sadəcə sürüşüb və dirsəyini zədələyib, hazırda həkimlərin nəzarəti altındadır”.