Siyasət 15:07 30.06.2022

"Ermənistandan tranzit keçən Azərbaycan mallarından vergi tutulacaq" - Armen Qriqroyan

"Ermənistan ərazisindən Naxçıvana tranzit keçən Azərbaycan mallarından vergi tutulacaq".

Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqroyan brifinqdə deyib.

"Sərhəd nəzarəti mütləq olacaq. Dəfələrlə demişik ki, Ermənistandan keçən yolu dəhliz məntiqindən çıxarırıq. Siyasətimiz olduğu kimi qalır. Mövqelərimizin yaxınlaşdığını bəyan edəndə sərhəd nəzarətinin olmasını nəzərdə tutmuşuq deməkdir", deyə Qriqoryan bildirib.

O qeyd edib ki, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzit keçməsi halında müvafiq vergitutma tətbiq olunacaq: "Bu məsələ ilə bağlı müzakirələr davam edir".

Aydın