Ölkə 17:32 19.09.2022

Ermənistanın son döyüşlərdəki itkiləri: Ölü, yaralı və əsir sayı açıqlandı (RƏSMİ)

Azərbaycanla sərhəddə toqquşmalar nəticəsində Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 2 nəfər itkin düşüb, yaralıların sayı isə 293 nəfərdir.

Qaynarinfo "Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.

Sentyabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Şurada bəyanat qəbul olunub. Bildirilib ki, Ermənistanın 207 hərbçisi ölüb. Bundan başqa, 293 nəfər yaralanıb, 20 hərbçi isə əsir düşüb.