Dünya 12:49 28.03.2023

Şeron Stoun göz yaşlarını saxlaya bilmədi, ancaq çek imzaladı

ABŞ maliyyə sisteminin yaşadığı problemlər Hollivud aktrisası Şeron Stoundan da yan keçməyib.

Qaynarinfo "Hollywoodreporter”ə istinadla xəbər verir ki, Qadın Xərçəng Araşdırmaları Fondunun xeyriyyə tədbiri zamanı Cəsarət Mükafatı mərasimində danışan Stoun tədbirdə iştirak edənləri ianə verməyə çağırıb. Aktrisa öz töhfəsini də açıqlayıb.

Bu vaxt Stoun göz yaşlarına boğulub və fonda ianə vermək üçün ondan "cəsarət" lazım olduğunu söyləyib. "Mən bilirəm ki, necə pul göndəriləcəyindən baş çıxarmayasan. Mən də texnologiyada yaxşı deyiləm, amma lənətə gəlmiş çek yaza bilərəm. Elə buradaca yaza bilərəm - bu cəsarətdir, çünki mən nə baş verdiyini bilirəm. Bu bank işində pulumun yarısını itirmişəm. Amma bu o demək deyil ki, mən burada yoxam”, - deyib.

Nəşr Stounun açıqlamalarını texnologiya startapları ilə işləməyə yönəlmiş Silicon Valley Bank-ın bağlanması ilə əlaqələndirib.
 
Alpər