Ölkə 08:57 10.06.2023

Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib (FOTO)

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundovun həbs müddətini 3 ay uzadıb. 

"Qafqazinfo" xəbər verir ki, "Sputnik Armeniya” əsgərimizin məhkəmə zalına gətirilmə görüntülərini yayıb.

Həmin fotonu təqdim edirik:



Qeyd edək ki, jurnalistlərin məhkəmə prosesinə girişi məhdudlaşdırılıb, proses bağlı qapılar arxasında keçirilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.