Dünya 12:15 14.06.2022

Etiraz aksiyaları İranın əmək nazirini istefaya məcbur etdi

Bu gün (14 iyun) səhər saatlarında İranın əmək naziri Höccətullah Əbdülmaleki İran prezidenti İbrahim Rəisiyə istefa ərizəsi göndərib.

Qaynarınfo bu barədə nazirin Tvitter səfhəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, onun 300 gün ərzində hakimiyyətdə olduğu ikinci istefadır və bu dəfə istefası baş kabinet tərəfindən təsdiqlənib.

Əbdülmalekinin nazir seçilməsi ilk günlərdən belə mubahisəli olub. O, əvvəllər televiziya proqramında vətəndaşlar "bir milyon tümən ilə (60 manat ilə) iş qura bilər" idiası qalmaqallı mübahisələrlə qarşılanmışdı.

Ekspertlərin fikrincə, onun istefasına səbəb işsizliyin artması, vədlərin yerinə yetirilməməsi, yeni iş yerlərinin açılmaməsı və düzgün iş planının olmamasıdır.

Xatırladaq ki, son günlər bir çox şəhərlərdə təqaüdçülər pensiyaların və sosial sığorta təqaüdlərinin vəd olunduğundan az artırılmasına etiraz olaraq aksiyalar keçiriblər.

M.Arıf