Dünya 16:13 29.06.2022

Etirazçılar Tehran-Təbriz avtomobil yolunu bağladı, polis gəldi (VİDEO)

Təbrizin "Kərgə" bölgəsinin sakinləri Tehran-Təbriz avtomobil yolunu bağlayıblar.

Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər verir.

Təbriz şəhərinin Kərgə bölgəsinin sakinləri bu gün, iyulun 29-da Təbriz-Tehran yolunun Əhər kəsişməsindən keçən hissəsində avtomobillərin yolunu bağlayıblar.

Onlar piyada körpüsünün tikintisinə vəsaitin ayrılmamasına, eləcə də hər il ərazidə ölümlə nəticələnən qəzalara səbəb olan bu yolun girişindəki yeraltı avtomobil keçid yolu layihəsinin başa çatdırılmamasına etiraz ediblər.

Qeyd edilir ki, Polis və təhlükəsizlik güvvələrinin gəlişi və etirazçıların dağıdılmasına kimi yol bir neçə saat bağı qalıb.

Aydın