İdman 12:04 31.01.2023

"Everton" Lemparda əvəzləyici tapdı

"Everton" Frenk Lempardın gedişindən sonra boş qalan baş məşqçi postunun yeni sahibinin adını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, klub Şon Dayşla anlaşıb. Klubun açıqlamasında mütəxəssislə 2025-ci ilə qədər müqavilə imzalandığı bildirilib. Klub sosial şəbəklərdəki səhifələri vasitəsilə yeni baş məşqçisini ictimaiyyətə təqdim edib. 

Şon Dayş karyerası ərzində "Börnli" və "Uotford"u çalışıdırb.

Səbuhi Həsənov