Maqazin 09:35 16.03.2023

Fatimənin köməkçisini avtomobil vurdu (FOTO)

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
 
Qeyd edək ki, Aytac Bayramzadə rəqqasə Fatimə Fətəliyevanın köməkçisidir.