İdman 10:17 20.05.2023

“Fənərbağça”nın sabiq baş məşqçisi reanimasiyaya yerləşdirildi

"Fənərbağça"nın və "Beşiktaş"ın sabiq baş məşqçisi Kristof Daum reanimasiyaya yerləşdirilib.

Qaynarinfo-nun xarici mətbuata istinadən məlumatına görə, 69 yaşlı alman məşqçi Nyu Yorkdakı xəstəxanada reanimasiyaya aparılıb. Mütəxəssis daha əvvəl xərçəngdən əziyyət çəkdiyini açıqlamışdı.

"Fənərbağça" və "Beşiktaş"la Superliqa çempionluğunu qazanmış təcrübəli çalışdırıcı ötən günlərdə Türkiyəyə gələrək "Fənərbağça”nın qonağı olmuşdu.

Səbuhi Həsənov