İdman 12:34 02.08.2022

"Fenomen" ləqəbli əfsanə: "Romario start heyətdə yerimi almaq üçün bunu qəsdən etdi"

Braziliya futbolunun canlı əfsanəsi Ronaldo Nazario maraqlı açıqlama ilə gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, məşhur hücumçu "Bobo TV"yə açıqlamasında məşhurluqda heç də geridə qalmayan, millidə komanda yoldaşı olduğu Romario haqqında danışıb.  

"Fenomen" ləqəbli Ronaldo 1994-cü ildə Braziliya millisinin dünya çempionu olmasında mühüm rol oynayan Romariodan çox şey öyrəndiyini deyib. Bununla yanaşı o, bir dəfə Romarionun onu start heyətində yer almaması üçün bilərəkdən yorduğunu deyib:

"Romario və Bebetodan çox şey öyrəndim. Mənim üçün ilham mənbəyi olsalar da, Romario gənc oyunçuları butslarını təmizləməyə və ya ona qəhvə gətirməyə məcbur edirdi. Bir neçə il sonra, 1997-ci ildə mən artıq vacib oyunçu idim və "Qızıl top"u qazanmışdım. Bir dəfə Amerika Kuboku üçün məşq zamanı Romario mənə hazır olmağımı, bu axşam çıxacağımızı dedi. O, otelin divarına qalxmaq üçün nərdivan hazırlamışdı və bizi taksi gözləyirdi. Oteldən çıxdıq partiyə getdik, əyləndik, bir də səhər saat 5-də qayıtdıq. Ertəsi gün çox yorğun idim. Romario məni yormaq və start heyətdə yerimi almaq üçün bunu qəsdən etdi". 

Səbuhi Həsənov