Ölkə 19:16 11.07.2023

Fərid Qayıbovdan daha bir təyinat

Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinin rəisinin müavini vəzifəsinə təyinat olub.

"Report"un məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə bu vəzifəyə öncələr Samux rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışmış Rəşad Qarayev təyin edilib.

Xatırladaq ki, Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsi isə İntiqam Hüseynova həvalə edilib.