Ölkə 15:24 15.11.2023

FHN-nin qurumuna protokol yazıldı

Dövlət Yanğın Nəzarəti Xidməti barəsində inzibati protokol tərtib edilib. 

Qaynarinfo xəbər verir ki, Xidmət İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması Xətai Rayon Məhkəməsinə göndərilib.

Bəxtiyar Məmmədov iş üzrə hakim təyin edilib. 

347-ci maddədə vəzifəli şəxslərin 150 manat məbləğində, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. 

Dövlət Yanğın Nəzarəti Xidməti Fövqəladə Hallar Nazirliyinin (FHN) strukturuna daxildir. Xidmətin rəisi Aqşin Kazımovdur.

Seyid