Foto 21:35 06.10.2022

FİFA Mahir Emrelinin futbol oynamasına qadağa qoydu (FOTOLAR)

FİFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelini cəzalandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Legiya”nın hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski tviter hesabında paylaşım edib.

Onun sözlərinə görə, hazırda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən forvard Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub.

Həmçinin FİFA Futbol Tribunalı Emrelinin "Legiya"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb. Bildirilib ki, borcunu qaytaranadək onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.

Qeyd edək ki, 2021-ci il dekabrın 12-də "Legiya” Plotsk "Visla”sı ilə Ekstraklasanın 18-ci tur oyunundan qayıtdığı vaxt varşavalı azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə azərbaycanlı futbolçu klubdan ayrılmağı qərara alıb və Zaqreb "Dinamo"suna keçib.