İdman 19:12 06.12.2022

FIFA Uruqvay millisinin üzvünə intizam işi aça bilər (FOTO/VİDEO)

Uruqvaylı müdafiəçi Xose Mariya Ximenez cəzalandırıla bilər.

Qaynarinfo-nun məlumatına görə buna səbəb onun qalmaqallı hadisələrdə iştirak etməsidir. DÇ-2022-nin D qrupunda baş tutan Qana ilə oyundan sonra FIFA nümayəndəsini vurduğu ilə bağlı görüntülər yayılıb. Futbolçu baş hakimə verilməyən penalti qərarına etirazlarını bildirdiyi zaman dirsəyi ilə FIFA-nın kostyumda olan rəsmi şəxsini də vurub. 

Uruqvay Qananı 2:0 hesabı ilə məğlub etsə də, hər iki komanda qrupda qalıb.

Hakim final fitini çalan kimi bir neçə futbolçu, o cümlədən Kavani və Dieqo Qodin hakimə etiraz etməyə gəlib. Ximenez də onlara qoşulub.

FIFA-nın tələbi ilə bu səbəbdən futbolçuya intizam işi açılması gözlənilir.


Səbuhi Həsənov