Dünya 17:19 15.01.2024

Fon der Lyayen AK-nın rəhbərliyinə favorit olaraq qalır - "Politico"

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ikinci müddətə rəhbər seçilməyə favorit olaraq qalır, başqa heç bir namizədin onu əvəz etmək şansı yoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə Brüsseldəki çoxsaylı mənbələrə istinadən "Politico” yazır.

Qəzet yazır ki, keçən il bir müddət Ursula fon der Lyayenin ikinci müddətə Avropa Komissiyasının sədri vəzifəsinə namizədliyi ilə bağlı problemlər yaranacağı görünürdü. 

Səbəblər arasında onun HƏMAS-a qarşı mübarizəsində İsraillə qeyd-şərtsiz həmrəyliyi göstərilirdi. Fon der Leyen səlahiyyətlərindən kənara çıxdığı üçün tənqid edilib.

Diplomatlar fon der Lyayenin Aİ-nin mövqeyini təmsil edən Aİ xarici işlər nazirlərinin birgə bəyanatına məhəl qoymamasından qəzəbləniblər və İsraili təmkin göstərməyə və beynəlxalq hüquqa hörmət etməyə çağırıblar.

Avropa Komissiyasının 800-ə yaxın əməkdaşı onun münaqişənin iki tərəfindən birinə qeyd-şərtsiz və "nəzarətsiz” dəstəyini tənqid edən məktub imzalayıb.
Aİ-nin baş diplomatı Cosep Borrel fon der Lyayeni bütün Aİ adından danışdığına görə açıq şəkildə tənqid edib. 

Ancaq bu gün nəşr iddia edir ki, fon der Leyenin mövqeyi yenə də güclüdür.

"O, nəinki komissiyanın sədri kimi ikinci müddət üçün favorit olaraq qalır, görünür, Aİ liderləri bu yay blokun ən məsul vəzifələrin bölgüsünü aparmaq üçün görüşəndə heç bir başqa namizədin onu əvəz etmək şansı yoxdur", - materialda deyilir. 

Onlarla Aİ rəsmisi və diplomatı ilə söhbətlərdə çox az adam jurnalistlərə fon der Lyayenin yenidən mandat qazanacağına dair ciddi şübhələrini bildirib. İndi Brüsseldə ona qarşı tənqidlər tamamilə səngiyib.

Ona qarşı çıxanlar olsa da, onlar hələ də fon der Lyayenə meydan oxuya biləcək bir namizəd ətrafında birləşə bilməyiblər.

Nizami Bağırov