Dünya 13:21 01.12.2022

Fransa Rusiyanın müharibədəki cinayətlərini araşdırmaq üçün xüsusi tribunal yaradacaq

Fransa hakimiyyəti Ukraynada başladılan müharibəyə görə Rusiyaya qarşı xüsusi tribunal yaradır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Rusiyanın təcavüzü başlayandan sonra Ukraynada törədilən cinayətlərə görə cəzasızlıqla mübarizə Fransa üçün prioritet məsələdir. Biz həm Ukrayna ədliyyə sistemini, həm də bu cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün qərəzsiz və müstəqil araşdırmalar aparmağa səlahiyyətli olan Beynəlxalq Cinayət Məhkəməsini dəstəkləmək məqsədiylə səfərbər olmuşuq.”.

Tribunal avropalı və ukraynalı tərəfdaşlarla birgə yaradılır.

Bundan əvvəl, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen BMT-nin himayəsi altında xüsusi tribunalın yaradılmasını təklif edib. O, Avropa İttifaqının Beynəlxalq Cinayət Məhkəməsi ilə birgə işləyəcəyini bildirib.

"Rusiya törətdiyi dəhşətli cinayətlərin bədəlini ödəməlidir. Ona görə də Beynəlxalq Cinayət Məhkəməsinə dəstəyimizi davam etdirərək, Rusiyanın təcavüz cinayətinin araşdırılması və mühakimə olunması üçün BMT-nin dəstəyi ilə ixtisaslaşmış məhkəmənin yaradılmasını təklif edirik”.

Nizami Bağırov