Dünya 11:29 05.09.2022

Fransa XİN-dən Zaporojye AES-lə bağlı Türkiyənin vasitəçiliyinə reaksiya

Fransa Türkiyəni Ukraynadakı vəziyyətin həllində fəal rol oynamağa davam etməyə çağırır, Ankara tərəflərə yaxşı mesaj verə bilər. 
 
Qaynarinfo SA-ya istinadla xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna Türkiyənin ZAES problemini həll etmək üçün mümkün vasitəçiliyini şərh edərkən deyib.

Bundan əvvəl Türkiyə mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinə Zaporojye Atom Elektrik Stansiyası ətrafında yaranmış vəziyyətin nizamlanmasında vasitəçilik təklif etdiyini yazıb.

"BMT-nin səyləri ilə yanaşı, Türkiyənin də, digər tərəfdaşlarımızın da üzərinə düşən vəzifə var. Bu baxımdan Türkiyə yaxşı mesaj verə bilər. Bu gün günortadan sonra Ankaraya, sonra İstanbula gedəcəyəm. Biz bütün bunları müzakirə edəcəyik... Türkiyə regionda fəal rol oynayır və biz onu bundan sonra da bunu etməyə, müsbət rol oynamağa təşviq edirik”, - deyə Kolonna bildirib.

Xatırladaq ki, sentyabrın 1-də agentliyin rəhbəri Rafael Qrossinin başçılıq etdiyi MAQATE-nin missiyası Zaporojye AES-ə gedib. Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov RİA Novosti-yə bildirib ki, MAQATE-nin iki əməkdaşı Zaporojye daimi olaraq AES-də qalacaq.

Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır - stansiyada hər birinin gücü 1 giqavat olan altı enerji bloku var. Mart ayından Rusiya hərbçilərinin nəzarəti altındadır.
 
Alpər