Dünya 20:01 30.11.2022

FT: Tənqidlərinə görə Çində sıxışdırılan “Alibaba”nın qurucusu Yaponiyaya köçdü

Alibaba qurucusu Cek Ma altı ay əvvəl ailə üzvləri ilə birlikdə Yaponiyaya köçüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS Financial Times-a istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Ma daimi olaraq Tokionun mərkəzində yaşayır, müntəzəm olaraq şəhərdən kənarda xizək kurortlarına və isti bulaqlara baş çəkir. O, özü ilə Çindən şəxsi aşpaz və cangüdənlər gətirib. İş adamının sənət əsərləri toplamaqla maraqlandığı və biznes maraqlarını genişləndirmək üçün Yaponiya ərazisindəki iqamətgahından istifadə etdiyi vurğulanır.

2020-ci ilin oktyabrında Ma Çinin mövcud maliyyə sistemini tənqid edib və islahatlara çağırış edib. Həmin ilin noyabr ayında maliyyə texnologiyaları şirkəti olan Alibaba-nın Ant Group-un Şanxay və Honq-Konq birjalarında səhmlərinin yerləşdirmə rekordu qırılması nəzərdə tutulurdu ki, bu da tənzimləyici tərəfindən «maliyyə və texniki nəzarət şərtləri” səbəb göstərilmədən gözlənilmədən dayandırılıb. 2021-ci ilin əvvəlində araşdırmadan sonra Çin Xalq Respublikasının Bazarın Mühafizəsi İdarəsi Alibaba-ya qarşı antiinhisar fəaliyyətinə görə ölkənin korporativ tarixində rekord məbləğdə cərimə kəsib.

Alpər