İdman 12:30 09.08.2022

Futzal millimizin heyəti məlum oldu

Avqustun 9-dan 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandası 2 yoldaşlıq oyununda gücünü sınayacaq.
 
Futzal Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə futzalçılarımız avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan yığması ilə qarşılaşacaq. 
Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə daha çox  milliyə namizəd futzalçıları dəvət edib.
 
Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov (Araz-Naxçıvan), Zaur Sultanov (U-19)
Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi "Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı Neftçi İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə (Baku Fire).
 
Hər iki matç saat 18:00-da start götürəcək.

Səbuhi Həsənov