Ölkə 14:03 10.04.2023

Gəncədə polis əməliyyat keçirdi, qəbiristanlıq oğrusu tutuldu

Gəncə şəhərindəki "Səbiskar” qəbiristanlığından qəbirüstü güldanlar oğurlanıb.

Qaynarinfo-nun məlumatına görə, aprelin 6-da 4 saylı "Səbiskar” qəbirstanlığında qəbir daşlarının üzərindən hər biri 10 manat olmaqla 33 ədəd qəbirüstü güldanın oğurlanması qeydə alınıb. 

Polisin keçirdiyi əməliyyat zamanı güldanlardan 5-ni oğurlayan şəxs saxlanılıb və iş məhkəməyə göndərilib. 

Məhkəmə oğurlanan digər 28 güldan barəsində məsələyə isə aydınlıq gətirilmədiyi üçün işi yenidən Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə geri qaytarıb.

Əhməd