Ölkə 19:17 07.06.2023

Gəncədə Qocalar evində yanğın oldu

Gəncə şəhərində qocalar evində yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Baş vermiş yanğın söndürülüb.
 
Hadisə zamanı xəsarət alan olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.