Ekonomiks 11:29 04.12.2023

General rəisi təqaüdə göndərdi (FOTO)

Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi gömrük xidməti polkovniki İlkin Osmanov təqaüdə göndərilib.

Qaynarinfo "Unikal"a istinadən xəbər ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, İ.Osmanov 2009-cu ildən Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi idi.