Ekonomiks 09:16 10.10.2022

General Səfər Mehdiyevin daha bir adamını işdən çıxardı (FOTO)

Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə yaxınlığı ilə tanınan daha bir yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən general-leytenant Şahin Bağırovun əmri ilə gömrük xidməti polkovniki Əjdər Abdullayev Komitənin Növbətçi Hissələri İdarəetməsi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. 

Qeyd edək ki, Abdullayev Əjdər Alı oğlu 1998-ci ildən indiyədək  Gömrük Komitəsində inspektor, Növbətçi Hissənin rəisi işləyib.

Əhməd