Ölkə 13:50 01.11.2023

Generalın oğlunun rəhbəri olduğu qurumun səlahiyyəti azaldıldı

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun müvafiq qərarı ilə, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xor Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evinin direktoru dirijor Cavad Tağızadədir. 

Sözügedən evin əsas vəzifəsi 1931-ci ildə Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyirbəy Hacıbəylinin təşəbbüsü ilə yaradılan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xoru idarə etməklə dövlətin milli-mədəni musiqi həyatında ictimaiyyətə bir-birindən maraqlı layihələr təqdim etmək olub. 

Cavad Tağızadənin rəhbərliyi ilə fəaliyyət göstərən Səsyazma Evinin növbəti ildən fəaliyyəti sual altına düşüb. 

Qeyd edək ki, Cavad Tağızadə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağızadənin oğludur.

Əhməd