Dövlət Gömrük Komitəsi (DGK) məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı DGK-nın əməkdaşı olmuş Bəyimxanım Quliyevadır. O, bir müddət əvvəldən işdən çıxarılıb. Bununla razılaşmayan Bəyimxanım Quliyeva işə bərpa tələbi ilə məhkəmədə iddia qaldırıb.
Birinci instansiya onun iddiasını təmin etməyib. DGK-nın keçmiş əməkdaşı apellyasiya şikayəti verib. İş artıq icraatdadır. Bəyimxanım Quliyevanın şikayətinə Bakı Apellyasiya Məhkəməsində Kamran Əkbərovun sədrliyi ilə baxılacaq.
Seyid
Şərhlər