Ölkə 14:16 31.05.2022

Göyçay İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına buraxılıblar

Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Binəqədi Rayon Məhkəməsi vəkillərin vəsatətlərini əsaslı hesab edib.

Məhkəmənin qərarı ilə Vahid İsayev və Rəşad Şükürov barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.

Bildirilib ki, hazırda iş üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, hər iki vəzifəli şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi tərəfindən tutulub. Vahid İsayev və Rəşad Şükürov Göyçay Rayon İcra Hakimiyyətindəki qanun pozuntularında təqsirləndirilirlər.