Ölkə 09:41 11.09.2023

Göygöldə ağır qəza - Ölən və yaralılar var (YENİLƏNİB)

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo” xəbər verir ki, qəza Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015” markalı avtomobilin "KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində bir nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Yaralılar (1998-ci il təvəllüdlü Tahirli Xalay, 1998-ci il təvəllüdlü Məmmədov Bayram və onların həmyaşıdı Hüseynli Elgün) xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
 
 09:19

Ötən gecə Göygöl rayonu ərazisində - Toğanalı-Kəlbəcər yolunda ağır yol qəzası baş verib.

"Qafqazinfo” xəbər verir ki, Yeni Zod kəndi ərazisində "KamAZ” markalı yük avtomobili ilə "VAZ 21015” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan sərnişinlərdən Firdovsi Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Bayram Mamedov, həmçinin sərnişinlər Elgün Hüseynli və Halay Tahirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Gəncədə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.