İdman 17:00 02.10.2022

Günay Məmmədzadədən yeni rekord

Günay Məmmədzadə Azərbaycan qadın şahmatı tarixində yeni rekorda imza atıb.

Qaynarinfo xəbər verir ki, millinin lideri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qadınlar arasında reytinq cədvəlində ilk "20-lik"də yer alan ilk azərbaycanlı şahmatçı olub.

Qeyd edək ki, 22 yaşlı iti zəka sahibi FIDE-nin oktyabr ayına olan reytinq siyahısında 2483 xalla 18-ci sırada qərarlaşıb. Bunadək ən yüksək göstərici də Məmmədzadənin özünə məxsus olub. O, ötən ayın sıralamasında 2473 xalla 23-cü pillədə yer alıb.