Sağlamlıq 19:20 10.07.2023

Günəş şüalarının fəsadlarından necə qorunmalı? - Ekspert

"Günəş şüaları altında uzun müddət qalmaq dəri xərçəngi yarada bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, günəş şüaları altında uzun müddət qalmaq məqsədəuyğun deyil: 

"Günəş vannası qəbul edərkən dərini qoruyan kremlərdən istifadə olunmalıdır.  Həmin kremlər həm dərini qoruyur, həm də qaraldır. Əks halda günəş şüalarının  təsirindən dəridə yanıqlar baş verə bilər. Bu yanıqlar böyük sahəni əhatə edərsə  həyat üçün təhlükəli də ola bilər. Bəzi insanlar bu hallara diqət eləmirlər, günəş  altında yatırlar, nəticədə onlar ciddi zədələr alırlar. Nəzərə almaq lazımdır ki,  dəridə olan xallar, müxtəlif törəmələr günəş şüaları altında bəd xasəli şişə çevrilə bilir”.
 
Adil Qeybulla tövsiyyə edib ki, günəş vannalarını təlimata uyğun istifadə etmək lazımdır: "Dənizdə günəş vannası qəbul edərkən saat diqqət etnək gərəkdir. Saat 12-16:00 arasında dəniz vannası qəbul etmək olmaz. Bu vaxt günvurma halları ola  bilər. Ulturabönəvşəyi şüalaraın da neqativ təsirləri qalır. Ona görə də yaxşı olar ki, insanlar ya səhər saatlarında, ya da saat 17:00-dan sonra dənizə getsinlər”. 

Bahar Rüstəmli