Dünya 14:46 09.03.2023

Gürcüstan müxalifəti istədiyinə nail oldu, ancaq aksiyaları dayandırmaq fikrində deyil

Əvvəlki etirazlara səbəb olan xarici agentlər haqqında qanun layihəsinin parlamentdən geri götürülməsinə baxmayaraq, martın 9-da axşam saatlarında Tbilisidə müxalifətin növbəti mitinqi keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə RBC "Tavisupleba” radiosuna istinadən məlumat yayıb. Bu haqda müxalifətçilər birgə brifinqdə bildiriblər.

Etiraz təşkilatçıları deyir ki, qanun layihəsinin geri götürülməsi ilə bağlı "aydınlığa ehtiyacları var”, çünki hakim partiyanın nümayəndələrinin bəyanatları "qeyri-müəyyən”dir. Bundan əlavə, "məhbuslar azad edilənə qədər, "Gürcü arzusu” onlar üçün asan olacağını düşünməməlidir”, - "Qirçi – Daha çox azadlıq” parlament partiyalarından birinin nümayəndəsi Tsotne Koberidze bildirib.

Xatırladaq ki, martın 9-da səhər Gürcüstanın hakim partiyası və xarici agentlər haqqında qanun layihəsinin təşəbbüskarı "ölkədə sakitlik və Gürcüstanın Avropa yolu ilə irəliləyişini təmin etmək üçün sənədi parlamentdən geri götürdüklərini bəyan ediblər”. Eyni zamanda, hakim partiya gələcəkdə qanun layihəsini ictimaiyyətə daha ətraflı təqdim etmək və qəbul olunma məqsədini izah etmək niyyətində olduqlarını vurğulayıb.

Alpər