Foto 21:10 09.03.2023

Gürcüstanda etiraz aksiyasının miqyası genişlənir (FOTO)

Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyasının miqyası genişlənib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələr də Rustaveli prospektində keçirilən aksiyaya qoşulublar. Onlar "Gürcüstan", "Avropa", "Rusiya qanununa yox" kimi şüarlar səsləndirirlər.

Aksiyada Gürcüstanın və Avrropa İttifaqının himnləri səsləndirilib.

Əraziyə çox sayda polis və təcili tardım maşınları cəlb edilib, parlament binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.