Video 23:33 08.03.2023

Gürcüstanda polislər etirazçılara qarşı su şırnaqlarından istifadə ediblər (VİDEO)

Gürcüstan xüsusi təyinatlıları etirazçıları parlamentin qapısından uzaqlaşdırmaq üçün su şırnaqlarından istifadə ediblər.

Bu barədə Trend Gürcüstan KİV-lərinə istinadən xəbər verir.

Daha əvvəl Tbilisinin mərkəzində etirazçılar ölkə parlamentinin binasını mühasirəyə alıblar. Etirazçıların bir hissəsi parlament binasının girişinin qarşısındakı hasarı aşmağa cəhd edib.

Qeyd edək ki, Gürcüstanda "xarici agentlər” haqqında qanun layihəsinin parlament tərəfindən qəbul edilməsinə qarşı etiraz aksiyaları davam edir.