Gürcüstanda yerli vaxtla saat 9:10-da daha bir zəlzələ baş verib.
"Report”un yerli bürosu xəbər verir ki, 4,5 maqnitudalı növbəti zəlzələnin də episentri Sameba kəndi yaxınlığında qeydə alınıb.
09:25
Gürcüstanın Ninotsminda şəhəri bölgəsində 4,5 bal gücündə zəlzələ baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat
yayıb.
Zəlzələnin ocağı 11,95 km dərinlikdə olub. Yeraltı təkan Bakı vaxtı ilə 07:36-da qeydə alınıb.
Məlumat üçün bildirək ki, etnik ermənilərin kompakt yaşadığı Ninotsiminda şəhəri ölkənin Türkiyə və Ermənistanla sərhədlərinin yaxınlığında yerləşir.
Xəyal Abdullayev
Şərhlər