Dünya 17:00 25.10.2023

Hakan Fidan xəbərdarlıq etdi: Ya münaqişənin tam həlli, ya da yeni dünya müharibəsi...

Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, yalnız İsrail və HƏMAS arasındakı münaqişənin tam həlli yeni dünya müharibəsindən yayınmağa səbəb ola bilər.

Qaynarinfo "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, dünya birliyi hazırda "tarixin dönüş nöqtəsindədir”.

"Ya davamlı sülhə nail olacağıq, ya da dünya müharibəsi başlayacaq. Biz bütün tərəfləri, regional və beynəlxalq maraqlı tərəfləri ağılın səsinə qulaq asmağa çağırırıq. Bu cinayətlərin davam etdirməyə təşviq edənlər də məsuliyyət daşıyırlar. Tez hərəkət etməsək, bizi daha da qaranlıq günlər gözləyir”, deyə Fidan Qətərli həmkarı Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşündən sonra mətbuat konfransında bildirib.

Fidan vurğulayıb ki, vəziyyətdən yeganə çıxış yolu 1967-ci il sərhədləri əsasında və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstinin yaradılmasıdır.

Aydın