Dünya 12:46 18.06.2023

"Hamımız istəyirik ki, bu müharibə bitsin, amma..." - Stoltenberq şərtləri açıqladı

"Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Amma sülhün uzun olması üçün ədalətli olmalıdır". 

Qaynarinfo xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Alyans rəhbəri tələsik sülh danışıqlarına qarşı xəbərdarlıq edib: "Sülh münaqişənin dondurulması və Rusiyanın diktə etdiyi razılaşmanın qəbul edilməsi demək deyil. Məqbul olan şərtləri yalnız Ukrayna müəyyən edə bilər".

NATO-nun rəhbəri hərbi uğurların Ukraynanın danışıqlarda mövqeyini gücləndirəcəyini bir daha vurğulayıb: "Ukrayna nə qədər çox işğal olunmuş əraziləri azad edə bilsə, ədalətli və davamlı sülhə nail olmaq üçün danışıqlar masası arxasında onun kartları bir o qədər yaxşı olacaq”.

Qeyd edək ki, iyunun 16-da bir sıra Afrika ölkələrinin - Cənubi Afrika Respublikası, Zambiya, Seneqal, Misir, Konqo və Uqandanın rəhbərləri Ukraynaya gəliblər. Bu ölkələr Ukraynada müharibəyə son qoyacağına inandıqları sülh planı təklif edirlər. Xüsusilə, diplomatiya yolu ilə sülhə nail olmağı nəzərdə tutur.

Birgə brifinqdə prezident Voladimir Zelenski vurğulayıb ki, Ukrayna Rusiya üçün faydalı olacaq addımlara inandırılmasına imkan verməyəcək və Moskva tərəfindən istifadə olunmasına imkan verməyəcək.

Afrika ölkələrinin sülh missiyası danışıqlar aparmaq üçün iyunun 17-də Rusiyanın Sankt-Peterburq şəhərinə yollanıb. 

Aydın