Britaniyalı aktrisa Emma Uotson Oksford Universitetinin Ədəbiyyat fakültəsinə daxil olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Nəşrin məlumatına görə, 33 yaşlı Emma Uotson dərslərin çox hissəsini onlayn rejimdə keçəcək, hərdən mühazirələrdə şəxsən iştirak edəcək. "Harri Potter"in ulduzu bu yaxınlarda sosial mediada təhdid mesajları aldığı üçün dərslərə mühafizənin iştirakı ilə qatılacağı gözlənilir.
Qeyd edək ki, Çad Maykl Busto adlı 37 yaşlı kişi Nyu York Moda Həftəsində Brooklyn Navy Yarddakı paltardəyişmə otağına girib, Emma Uotsonla görüşməyi tələb edib və həbs olunub. Polisin məlumatında bildirilir ki, Busto bu zaman modellərə və vizajistlərə qarşı kobudluq edib.
"Mən Emma Uotsonla evlənmək istəyirəm. İcazə verin, onunla danışım, şəkil çəkdirim", deyə həmin şəxs qışqırıb.
Aydın
Şərhlər