Foto 21:08 28.04.2023

Həftənin son “Açıq mikrofon” aksiyası Ağstafada keçirildi (FOTOLAR)

SOCAR "Azəriqaz” İB-nin "Açıq mikrofon" aksiyası Ağstafa rayonunda baş tutub. Aksiyaya qatılan 11 nəfər müraciətlərini ünvanlayıblar. Müraciətlərin 2-si fərdi yaşayış evinin qazlaşdırılması, digər 2-si isə debitor borca görə qaz təchizatının dayandırılmasından ibarət olub.
 
Aksiya iştirakçılarında 1 nəfər isə qapı keçidinin quraşdırılmasını istəyib. Bundan başqa köhnə sayğacın yenisi ilə əvəz edilməsi və bəzən qaz təzyiqinin aşağı olması ilə əlaqədar müraciətlər də ünvanlanıb.
 
Görüşdə səsləndirilən hər bir müraciət Şəmkir RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin həll edilməsi istiqamətində müxtəlif göstərişlər verilib.