Sağlamlıq 16:11 16.03.2023

Həkim-infeksionist bayram yeməklərindən danışdı: “Zəhərlənmə baş verə bilər”

Bayram günlərində bir gündən artıq qalan köhnə yemək və salatları yemək məsləhət deyil.

Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib. Həkim gün şüası altında qalan yeməklərin ümumiyyətlə yeyilməməsini məsləhət bilib:

"Çalışın ki, 3-5 gündən o yana bayram yeməyi və şirniyyatı qalmasın. Əgər bir şey bişibsə, elə həmin gün yeyilməlidir, sonradan istifadə etmək məsləhət deyil. İstifadə olunsa, insanlarda zəhərlənmə halları baş verə bilər. Belə olan halda onlar ya xəstəxanaya gedib yardım almalı, ya da ev şəraitində mədə-bağırsaqlarını yumalıdırlar”.

Həkim bildirib ki, bayram günü bişən yemək, şirniyyat və salatları az-az və təzə yemək məsləhətdir.  

Bahar Rüstəmli