Dünya 22:38 02.04.2024

Hərbi vəziyyət Ukraynada ayıların sayının artmasına səbəb olub

Ukraynada tətbiq edilən hərbi vəziyyət qırmızı siyahıya düşən ayıların sayının artmasına kömək edib.

Qaynarinfo xəbəır verir ki, bu barədə "The Times” yazıb.

Nəşrin məlumatına görə, hərbi vəziyyətin tətbiqi ilə ölkədə ov qadağan edilib. Nəticədə, Karpat dağlarının bölgələrindən birində ayıların sayı 2021-ci ildən bəri 90-dan 104-ə qədər artıb.

1990-cı illərin əvvəllərində bu bölgədə ayı populyasiyası 600 fərdə çatsa da, 9 il ərzində 2 dəfə azalıb. Ümumdünya Təbiət Fondu brakonyerlərin hər il orta hesabla 50 ayını məhv etdiyini bildirib.

Aydın