Ölkə 12:53 27.06.2022

Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü (FOTOLAR)

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev şəhid övladları ilə görüş keçirib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə silsilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələr komandanı, general-leytenant Hikmət Mirzəyevin şəhid övladları ilə görüşü olub.

Hikmət Mirzəyev şəhid övladları ilə həmsöhbət olub və onlara şəhid atalarının hər birinin qəhrəman olduğunu, daim qəlblərdə yaşayacağını bildirib.