Ölkə 15:29 16.02.2023

İcra başçısı işdən çıxardığı şöbə müdirlərinin yerinə təyinat etdi

Füzuli Rayon İcra Hakimiyyətində bir müddət əvvəl işdən çıxarılan şöbə müdirlərinin yerinə təyinat olub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağılı icra başçısı Alı Alıyev əmr imzalayıb. Əmrə əsasən, Rahib Bağırov Hüquq şöbəsinin, Orxan Ağakişiyev isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib. 

Qeyd edək ki, icra başçısı Alı Alıyev iki ay əvvəl qurumun Hüquq şöbəsinin müdiri Əliyev Qənimət Eldar oğlu və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Niftəliyev Bayram Qiyas oğlunu işğaldan azad edilmiş ərazilərə müvafiq icazə olmadan qanunsuz keçdikləri üçün vəzifələrindən azad edib. İşdən çıxarılan Bayram Niftəliyev bu qərarın "tamam başqa səbəblər"dən veriliyini bildirmişdi.

Onu da qeyd edək ki, 68 yaşlı Alı Alıyev 25 fevral 2011-ci ildən Füzuli Rayon İcra Hakimiyyətinin başçısıdır. 

Əhməd