İdman 12:23 29.08.2023

İdmançı faciəvi şəkildə öldü, bir yaşlı oğlu sağ qaldı

Kanadanı Soçi Qış Olimpiya Oyunlarında təmsil edən Aleksandra Pol faciəvi şəkildə dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, Kanadanı 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında təmsil edən 31 yaşlı keçmiş fiqurlu konkisürən avtomobil qəzasında həyatını itirib. Qəza Kanadanın Ontario ştatının Melankton şəhərində baş verib. Hadisə zamanı bir yük maşını keçmiş idmançının istifadə etdiyi avtomobil də daxil olmaqla yeddi nəqliyyat vasitəsinə çırpılıb. Toqquşma nəticəsində Pol həyatını itirsə də, bir yaşlı oğlu qəzadan sağ çıxıb.

İdmançı 2021-ci ildə evləndiyi həyat yoldaşı Mitchell Islamla birlikdə 2010-cu ildə Dünya Gənclər Çempionatında buz rəqsi kateqoriyasında gümüş medal qazanmışdı.

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında 18-ci yeri tutan Pol aktiv karyerasını 2016-cı ildə başa vurmuşdu.

Səbuhi Həsənov