Dünya 21:59 05.01.2024

İŞİD döyüşçüləri ukraynalı qaçqın adı altında Almaniyaya keçir - "Bild"

İŞİD yaraqlıları Ukraynadan olan qaçqınlar adı altında tez-tez Almaniyaya girməyə cəhd etməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu yaxınlarda alman hüquq-mühafizə orqanları Tacikistandan gələn bir neçə radikal İŞİD tərəfdarını saxlayıb. Onlar İŞİD-in bir qanadı hesab olunan "Vilayət Xorasan - İslam Dövləti" qruplaşması ilə əlaqələndirilir.

Bütün potensial terrorçular özlərini ukraynalı qaçqın kimi təqdim edərək, təqiblərdən qaçaraq saxta sənədlərdən istifadə ediblər. Nəşr yazır ki, belə şəxlər sərhəri olar yoxlamasız keçir.

Həmçinin qeyd olunur ki, islamçılar Şimali Hərbi Dairə zonasından keçməklə Almaniyaya gedirlər və burada pulemyotlardan tutmuş qumbaraatanlara və qumbaraatanlar üçün sursata qədər istənilən silahı asanlıqla əldə edə bilirlər.

Aydın